“Yanğın başlamamış yanğınsöndürmə sistemi necə işə düşə bilər?!” – Ağalarovları qəsdən hədəfə gətirirlər
Azərbaycanəsilli rusiyalı biznesmen Araz Ağalarova məxsus “Crocus City Hall” ətrafında yenidən vüsət alan “qara piar” “it əl çəkir, motal əl çəkmir” təəssüratı yaradır.
Bunu Kremlin təbliğatını aparan, erməni Marqarita Simonyanın da rəhbərliyində təmsil olunduğu “RİA Novosti” informasiya agentliyinin qərəzli mövqeyindən də sezmək olur. Bəlkə də buna fikir verilməzdi, əgər bu agentlik erməniəsilli Mişustinin rəhbərlik etdiyi hökumətin maliyyələşdirdiyi mətbuat orqanı olmasaydı.
Deməli, Araz Ağalarov dəfələrlə bəyan edib ki, terakt zamanı avtomatlaşdırılmış yanğınsöndürmə sistemi qaydasında olub və neçə saat davam edən yanğın zamanı ştat rejimində çalışıb. Bu, insanların zalı tərk etməsinə imkan yaradıb. Bu iddianı Rusiya İstintaq Komitəsi, Fövqəladə Hallar Nazirliyi də təsdiqləyib.
Amma RİA “Novosti”, bütün sözlərindən və əməllərindən murdarlıq yağan Marqarita Simonyan kimiləri heç cür sakitləşə bilmirlər. Necə yəni azərbaycanlı sahibkarın biznes strukturunda səhlənkarlıq olmasın?! “Olmasa da qaşıyıb qan çıxararıq” erməni məkri ilə hərəkət edən agentlik indi də fövqəladə xidmətlərdə mənbəyə (!) istinadən xəbər yayıb ki, “Crocus City Hall” konsert zalında su və tozun verilməsinə cavabdeh olan avtomatlaşdırılmış yanğınsöndürmə sisteminin bir hissəsi işləməyib.
Mənbənin arqumentinə baxın: “Zərərçəkmişlərlə müsahibələrdən belə çıxır ki, konsert zalında yanğın başlayandan sonra su və tozla təmin olunan avtomatlaşdırılmış yanğınsöndürmə sisteminin bir hissəsi işləməyib”.
Həmin mənbənin “dəlilini” terror gecəsi konsert zalında olan agentliyin müxbiri də “gücləndirib”. O, deyib ki, hücumun ilk dəqiqələrində yanğınsöndürmə sistemi işləməyib. Belə “analitik təfəkkürə” bütün dünyanın beyin mərkəzləri qibtə edə bilər. Adamın gözü o qədər qorxub ki, hücumun əvvəlində yanğının başlamadığını dərk etməyib. Bütün videolardan görünür ki, zala daxil olan terrorçular öncə insanları gülələyiblər. Sonra yarıdan çoxu boşalmış zala od vurublar. Maraqlıdır, yanğın başlamamış yanğınsöndürmə sistemi necə işə düşə bilər?! Onun yalanını elə fövqəladə xidmətlərdəki mənbə ifşa edib. O, bildirib ki, sistem avtomatik olaraq Fövqəladə Hallar Nazirliyinin növbətçi dispetçerinə yanğın barədə məlumat verib və binanın daxilində siqnalizasiya işə düşüb.
Belə adamlara “Crocus City Hall”da mütəmadi olaraq konsertlər verən, irimiqyaslı tədbirlər həyata keçirən Emin Ağalarov yaxşı cavab verib. O, xatırladıb ki, Rusiya prezidenti olarkən Dmitri Medvedev, ABŞ-nin eks-prezidenti Donald Tramp, nəhayət Ağalarovların özlərinin canlarından artıq sevdikləri ailə üzvləri “Crocus”da tədbirlərdə iştirak ediblər. Hər kəs, o cümlədən Ria “Novosti” də çox gözəl bilir ki, ölkənin birinci şəxsinin qədəm qoyduğu məkanda hər bir sistem dəfələrlə yoxlanılır. Bundan başqa, ev sahibi sistemləri bərbad işləyən məkana öz ailə üzvlərini gətirməz.