• 23 Noyabr 2024 14:36

Hacı Şahin Həsənlinin yutubdakı videolarını niyə sildilər? 

Mərhum ilahiyyatçı Şahin Həsənlinin “YouTube” səhifəsi hakerlər tərəfindən ələ keçirilib. Bu barədə mərhumun adına olan “Facebook” səhifəsində məlumat paylaşılıb. 

 

Tanınmış texnobloqer Fərid Pərdəşünas “Xəzər Xəbər”ə bildirib ki, son vaxtlar ölkədə xaricdən gələn hücumlar nəticəsində “YouTube” kanallarının oğurlanması tez-tez müşahidə olunur.

 

Onun sözlərinə görə, bu, xüsusi kiberdələduzluq metodlarından istifadə edilməklə həyata keçirilir.

 

Texnobloqer “YouTube” səhifələrinin hansı məqsədlər üçün oğurlandığını da açıqlayıb.

 

İlahiyyatçı Ağa Hacıbəyli də mərhum Şahin Həsənlinin “YouTube” kanalının oğurlanmasına münasibət bildirib. O deyib ki, hər gün onlarla insanın faydalandığı kanaldan videoların silinməsi yolverilməzdir.

 

Qeyd edək ki Şahin Həsənliyə məxsus “YouTube” kanalının və oradan silinən videoların geri qaytarılması üçün tədbirlər görülür.

Tacxeber.com

Oxşar xəbərlər