• 22 Noyabr 2024 17:52

Süd məhsullarında kişi hormonları var

Süddə olan androgenlər dəridə iltihab, civzə və səpkiləri artıra bilər.

 

Tacxeber.com Medicina.az-a istinadən xəbər verir ki, dermatoloq Andrey Kuznesov akne xəstəliyində süd məhsullarının rolundan danışıb.

 

“Akne piy vəzilərinin xəstəliyidir, orqanizmdə hormonal dəyişiklik, daha çox kişi cinsiyyət hormonlarının çoxalması fonunda baş verir. Piy vəziləri normadan artıq dəri sekreti hasil edir, nəticədə “Cutibacterium acnes” bakteriyalarının çoxalmasına, həmin sahədə iltihab, qızarma və səpkilərə səbəb olur.

 

Bir çox tədqiqat sübut edib ki, çox miqdarda süd və təzə süd məhsullarının qəbulu orqanizmdə androgenləri çoxaldır.

 

Çörək və un məmulatları isə qanda şəkəri və insulin hasilini artırır, nəticədə insulinrezisdentlik yaradır. Bu da dəri piy vəzilərinin sekresiyasını artırır, nəinki üzdə, bədəndə də iltihab və səpkilər çıxır. Ona görə akne müalicəsində 50% dərmandırsa, 50% pəhrizdir.

 

Müalicə ərəfəsində süd və süd məhsullarını, eləcə də şirniyyatı çıxarmaq lazımdır. Daha çox tərəvəz, meyvələr yeyin, antioksidant təsirli giləmeyvələr seçin”, – dermatoloq qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər