• 20 Sentyabr 2024 21:46

Tbilisidə partlayış – Ölənlər var

Gürcüstanın paytaxtı Tbilisidə atıcılıq poliqonunun ərazisində güclü partlayış baş verib.

 

Ölkə mətbuatına istinadla xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb.

Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin mətbuat xidmətindən verilən məlumata əsasən, daha 3 nəfər yaralanıb.

Qeyd olunub ki, partlayışı baş verdiyi “Battleground” atıcılıq poliqonu özəl mülkdür.

Hadisənin səbəbi hələlik məlum deyil, araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər