• 22 Noyabr 2024 23:19

Tramp seçilsə, Ukraynaya dəstək verəcək

Donald Tramp Ukraynaya hərbi yardımın prinsipial əleyhdarı deyil və o, Ağ Evin təklif etdiyi paketi seçki səbəblərinə görə əngəlləyir.

 

Tacxeber.com xəbər verir ki, bunu ABŞ-ın AB-dəki keçmiş səfiri Qordon Sondland deyib.

 

Onun sözlərinə görə, Tramp özü təcridçi deyil və Ukraynanın ruslar tərəfindən işğalını heç də xəyal etmir:

 

“Ukraynaya hərbi yardımın qarşısını almaq Baydenə qarşı seçki mübarizəsinin bir hissəsidir. Trampın Ukraynaya faizsiz kredit şərtləri ilə yardım göstərmək üçün təklif etdiyi variant “həvəsləndirici əlamətdir”. Trampın fikrincə, bu kreditin müəyyən geriödəmə müddəti olmayacaq, ancaq bu şərt – Ukrayna varlandıqdan və borcunu qaytarmaq imkanında olduqdan sonra – qoyulacaq. Bu, Ukrayna hökumətinin diqqət etməli olduğu mühüm siqnaldır. Mən əminəm ki, Tramp prezident seçilərsə, seçki kampaniyası zamanı söylədiklərinin əksinə olaraq, o, Ukraynanı dəstəkləyəcək”.

Tacxeber.com

Oxşar xəbərlər