• 22 Noyabr 2024 12:31

Xurma yedikdən sonra mütləq su için – Səbəbi

Hər nə qədər dişlərimiz üçün sağlam bir qida olsa da, yedikdən sonra dişləri fırçalmasaq digər qidalar kimi dişlərin çürüməsinə səbəb ola bilər.

xurma-yedikden-sonra-mutleq-su-icin

 Xurma yedikdən sonra ağız su ilə yaxalanmalı, dişlər 30 dəqiqə sonra fırçalanmalıdır.

Şirniyyat dedikdə  hamımız dişlərimiz üçün narahat oluruq. Ancaq Ramazan ayının baş tacı “Xurma”  üçün eyni şeyi demək o qədər də mümkün deyil. Eynilə xurmada olduğu kimi təbiətdən gələn bəzi şəkərlər diş minasını gücləndirər və onları kariesdən qoruyar.

Tox tutar

Tacxeber.com xəbər verir ki,diş həkimləri bildirirlər ki,  uşaqlara, xüsusilə də 3 yaşından kiçik uşaqlara xurma verilərkən diqqətli olmaq lazımdır. Xurma sərt və lifli qidadır. Sərt olduğuna görə  dişləri kifayət qədər inkişaf etməmiş uşaqlar xurmanı yaxşı çeynəyə bilməzlər, həm də bağırsaqları bu qədər lifli bir qidanı  həzm etməyə hazır deyil. Amma xurmanın belə bir gözəl xüsusiyyəti vardır; liflə zəngin olduğuna görə  insanı uzun müddət tox tutur və   bir çox vitamin və mineral baxımından zəngindir. Körpə uşaqlara xurma verərkən böyüklər nəzarət etməlidir. Böyüklər də xurmadan qədərində istifadə etməlidirlər.

Hər iftar və sahurdan sonra dişlərinizi ən azı iki dəqiqə  fırçalayın. Diş ipindən də istifadə edin.  Diş ipi dişdə  çürüklərin yaranmasının qarşısını alır.

Bitkilərdən faydalanın

Ağız qoxusunun qarşısını almaq üçün bitkilərdən faydalanın. Cəfəri, nanə, zəncəfil, şüyüd, ada çayı, darçın, hil, yaşıl çay, evkalipt, keşniş ağız qoxusuna yaxşı təsir edir. Çiy şəkildə çeynəyə, çay şəklində dəmləyib içə bilərsiniz.  Sahurda bir stəkan soyuq süd içmək də qoxunu azaldar.

Tacxeber.com

Oxşar xəbərlər