“Ayın ən təmiz otağı”na ayaqqabı ilə girdilər – Foto
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) sosial şəbəkə hesabında paylaşılan post müzakirələrə səbəb olub.
Universitetin feysbuk səhifəsində paylaşılan post ADAU-nun tələbə evlərində “Ayın ən təmiz otağı” layihəsinə həsr olunub.
Belə ki, “Ayın ən təmiz otağı”na ADAU THİK-in təyin etdiyi komissiya üzvlərinin ayaqqabı ilə daxil olması istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb.