• 24 Noyabr 2024 00:43

“E-taksi” yaradılıb, kartı olmayanlar cərimələnəcək

Taksi fəaliyyətinə dair nəzarət mexanizminin həyata kecirilməsi üçün “AYNA” informasiya sistemində “E-taksi” alt sistemi yaradılıb.

 

Operatorlar tərəfindən adsızlaşdırılmış məlumatlar real vaxt rejimındə həmin sistemə ötürüləcək.

 

Tacxeber.com xəbər verir ki, ərazidə fiziki olaraq AYNA və DYP əməkdaşları tərəfindən buraxılış kartları yoxlanılacaq.

 

Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşıyanlar İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələnəcək.

Tacxeber.com

Oxşar xəbərlər