Əhməd Əhmədov haqqında həkim rəyi açıqlandı
Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun barəsində keçirilən psixoloji ekspertizanın rəyi məlum olub.
Tacxeber.com “Report”a istinadla xəbər verir ki, həkim-ekspertlərin rəyinə görə, o, hadisəni anlaqsız törətədib. Onda psixi xəstəliyinin olması ilə bağlı rəy verilib.
Həmin rəy istintaq orqanına təqdim edilib.
Ə.Əhmədov hazırda 1 saylı İstintaq Təcridxanasında saxlanılır. Bir müddət əvvəl məhkəmə istintaq orqanının vəsatəti əsasında onun barəsində psixoloji ekspertizanın keçirilməsi ilə bağlı qərar qəbul edib.