Qanqal bitkisi haqda bunları bilməlisiniz
Xroniki mədə-bağırsaq sistemi, ciddi qaraciyər xəstəlikləri olan insanlar bu çaydan istifadə etməməlidir
Qanqal bitkisi həm xalq, həm də ənənəvi tibdə qaraciyərin fəaliyyətini yaxşılaşdıran, qaraciyəri təmizləyən bitki kimi tanınır və istifadə olunur.
Bundan əlavə, qanqal orqanizmi ziyanlı maddələrdən, toksinlərdən təmizləyir, artıq mayeni xaric edir, piylərin parçalanmasını sürətləndirir, iştahanı azaldır. Qanqalın bu xüsusiyyətləri arıqlamağa kömək edir.
Arıqlamaq üçün qanqal çayı istifadə olunur. Çayın dadını və faydasını yaxşılaşdırmaq üçün ona nanə yarpaqları da əlavə olunur.
Arıqladan qanqal çayının hazırlanması:
1 çay qaşığı qanqal toxumları və 3-4 nanə yarpağının üzərinə 1 stəkan qaynar su tökülür, 30 dəqiqə dəmlənilir, yaxşı süzülür. Çayı yarım stəkan olmaqla gündə 2 dəfə (səhər və axşam) yeməkdən əvvəl ilıq halda için. Kurs — 10 gün.