• 24 Noyabr 2024 11:54

Qırğızıstan rəhbərliyinə sui-qəsd planladığı deyilən şəxslər Azərbaycana gətirildi – Fotolar

Transmilli mütəşəkkil cinayətkar dəstənin əvvəllər Bişkekdə saxlanılan üzvləri Azərbaycanın rəsmi orqanlarının müraciəti əsasında Daxili İşlər Nazirliyinin nümayəndələrinə təhvil verilib.

 

“Kabar” xəbər verir ki, bu barədə Qırğız Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsi məlumat yayıb.

Qeyd olunur ki, 2024-cü il martın 22-də Cinayət İstintaqı tərəfindən başlanmış cinayət işi çərçivəsində transmilli mütəşəkkil cinayətkar dəstənin üzvləri Bişkekin Kiyev-Sovet küçələrinin kəsişməsində mütəşəkkil cinayətkar qrupların qanunsuz fəaliyyətində iştirak ediblər. İdarə tərəfindən Qırğızıstan Respublikası Cinayət Məcəlləsinin 261-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş cinayət əsasında 5 Azərbaycan vətəndaşı həbs edilib.

 

Bildirilir ki, onlar ölkə ərazisinə gələrək, cinayətkar təsirlərini, kriminal ideologiyasını, o cümlədən ən ağır cinayət olan sifarişli qətli yaymaq və gücləndirmək məqsədilə Qırğızıstan ərazisində daimi mütəşəkkil cinayətkar dəstələr sistemi yaratmağı planlaşdırıblar.

“İstintaq zamanı müəyyən edilib ki, sözügedən şəxslərin faktiki olaraq cinayətkar qruplaşmalarla əlaqəsi olub, Qırğızıstan Respublikasının vətəndaşları üçün təhlükə törətdiklərinə görə, habelə Azərbaycan tərəfinin müraciəti əsasında Azərbaycan Respublikası Qanunlarına uyğun olaraq hüquq-mühafizə orqanları ilə əvvəllər bağlanmış müqavilə əsasında, 2024-cü il aprelin 7-də “Manas”çılar Beynəlxalq Hava Limanının ərazisində Azərbaycan Daxili İşlər Nazirliyinin məsul əməkdaşlarına təhvil veriliblər”, – məlumatda deyilir.

 

Xatırladaq ki, martın 23-də Qırğızıstan, Azərbaycan və region ölkələrin mətbuat orqanlarında Qırğızıstanda ölkə rəhbərliyinə sui-qəsd etmək istəyən 5 azərbaycanlının saxlanılmasına dair məlumatlar dərc olunub. (Yeniavaz)

Tacxeber.com

Oxşar xəbərlər