Bakıda həbsdə olan separatçının bankı satıldı
“Bank of Georgia” Ermənistanda fəaliyyət göstərən “Ameriabank”ın səhmlərinin 90%-ni almaq üçün rəsmi müqavilə bağlayıb.
Tacxeber.com Hetq.am-a istinadən xəbər verir ki, bundan sonra bankın səhmlərin 60%-i “Bank of Georgia”nın sahibinə – “Bank of Georgia Group PLC” korporasiyasına, 30%-i isə “Bank of Georgia”nın özünə məxsus olacaq.
Qalan 10 faiz pay isə əvvəlki qaydada Avropa Yenidənqurma və İnkişaf Bankında qalacaq.
Ermənistan bankı 303,6 milyon ABŞ dollarına alınıb. Şərtlərə görə, bank brendini və menecmentini dəyişməyəcək.