• 23 Noyabr 2024 23:51

Daha bir tiktoker həbs olundu – DİN-dən açıqlama

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar.  

 

DİN-in Mətbuat Xidmətindən KONKRET.az-a verilən məlumata görə, tədbirlərlə 1996-cı il təvəllüdlü, “Magerramoff” ləqəbli Əmrah Məhərrəmov da saxlanılıb.

 

Müvafiq qərarla Ə.Məhərrəmov 20 sutka inzibati qaydada həbs edilib.

 

DİN-dən bildirilib ki, sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, mənəvi dəyərlərə zidd davranışlar sərgiləyən şəxslərə qarşı müvafiq tədbirlərin görülməsi davam etdirilir.

 

Xatırladaq ki, “Miri” adı ilə tanınan Mirnamiq Mirələmzadə də internetdə yayılması qadağan edilən məlumatlar paylaşıb. Bu səbəbdən onun barəsində də 30 sutka inzibati qaydada həbs seçilib.

Tacxeber.com

Oxşar xəbərlər