Fransada naməlum şəxslər məscidi atəşə tutub
Fransanın şimalındakı Şerbur şəhərində naməlum şəxslər məscidi atəşə tutublar.
Tacxeber.com xəbər verir ki, bu barədə “France Bleu” radiostansiyası məlumat yayıb.
Aprelin 8-də axşam saatlarında polis məscidin fasadında güllə izləri, yaxınlıqda isə naməlum çaplı gilizlər tapıblar. Məscidin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
Manş departamentinin prefekturası Ramazan bayramı ərəfəsində hüquq-mühafizə orqanlarının əməkdaşlarının “tam hazırlığına” işarə edərək, şəhərin müsəlman icmasına dəstəyini ifadə edib.