İrana son xəbərdarlıq: “Hərbi əməliyyat başlaya bilər”
İsrail İranla müharibə istəmir, amma ölkəmizə birbaşa zərbələr endirilsə, hərbi əməliyyatlara əl atmalı olacağıq.
Bunu İsrail xarici işlər naziri İsrael Katz deyib.
“İranla müharibə istəmirik, amma birbaşa hücuma məruz qalsaq, cavab verəcəyik”, – nazir İranın Suriyadakı konsulluğuna hava hücumuna görə Təl-Əvivin məsuliyyəti öz üzərinə götürmədiyini xatırladıb.
Katzın fikrincə, İranın yaratdığı təhlükə Qərbdə düzgün başa düşülmür.