• 24 Noyabr 2024 02:39

Tacirin qırmızı şalvarı… – Əli Mirəliyev kükrədi

“O qədər qırmızı şalvar geyinib səhnəyə çıxmışıq ki! Burda nə var ki? Qırmızı şalvar geyinmək olar, amma iyrənc mahnılar oxumaq olmaz. Tacir gül kimi oxuyandır”.

Bunu Bakupost.az -a açıqlamasında müğənni Əli Mirəliyev müğənni Tacir Şahmalıoğlunun qırmızı şalvar geyinməsi ilə bağlı sosial şəbəkələrdəki müzakirələrə münasibət bildirərkən deyib.

 

Ə.MirəliyevT.Şahmalıoğlunu qınayan insanların səhv etdiklərini bildirib:

“Hamıya qırmızı şalvar geyinmək olar, Tacirə olmaz? Rayondan gəlib ona görə? Axı niyə belə fikirləşirlər? Tacir qəşəng oxuyandı, əcəb edib geyinib. Gedib başqalarından şübhələnsinlər, Tacir kişi adamdı, babadı. O, gözəl müğənnidir, respublikamızın fəxridir. Xalq bu insanları sevir. Axı niyə paxıllıq edirlər?”

 

Qeyd edək ki, müğənni Tacir Şahmalıoğlunun məclislərin birinə qırmızı şalvar geyinməsi birmənalı qarşılanmayıb. Bəzi sosial şəbəkə istifadəçiləri müğənninin geyimini tənqid ediblər. T.Şahmalıoğlu isə tənqidlərə cavabında bildirib ki, müğənniyə geyiminə deyil, sənətinə görə qiymət verilməlidir:

“Burdan bəzi “ağıllılara” səslənirəm: Zəhmət olmasa, siz mənim geyimimə yox, sənətimə görə dəyər verin və qiymətləndirin. Qalanı uçun o gözəl beyninizi yormayın. Onu da əlavə etmək istəyirəm ki, kaş bütün qara şalvar geyinənlər kişi olardı”.

Tacxeber.com

Oxşar xəbərlər