“Əgər İran öz ərazisindən İsrailə hücum edərsə, buna İranın öz ərazisində cavab verəcəyik”.
Bunu İsrailin xarici işlər naziri İsrael Katz “Kan” radiosuna müsahibəsində deyib .
“İran İsrailə öz ərazisindən hücum edərsə, İsrail buna İranda cavab verəcək, çünki İsrail öz vətəndaşları qarşısında məsuliyyət daşıyır və bu tip hücumlara dözə bilməz”, – Katz bildirib. (Yeniavaz)