Macarıstan “Türk axını”na güvənir: “Ukrayna tranziti kəssə…”
Ukrayna Rusiya qazını Avropaya tranzit etməkdən imtina edərsə, “Türk axını” qaz kəməri Macarıstanı kifayət qədər yanacaqla təmin edəcək.
Valyuta.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.
XİN rəhbərinin sözlərinə görə, “Türk axını” qaz kəməri Macarıstanın indiyə qədər iştirak etdiyi ən uğurlu enerji layihəsidir. O qeyd edib ki, hazırda bu marşrut ölkənin tələbatını tam ödəyir.
Siyarto Budapeştdə Avropa bazarına mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünə dair beynəlxalq konfransda çıxış edərkən “Əgər “Türk axını” olmasaydı, ciddi problemlərimiz olardı”, deyib.