O, elə üz qoymayıb ki, onu Bakıya dəvət edim
Bu ilin sonunda Bakıda dini rəhbərlərin görüşü keçiriləcək.
Tacxeber.com Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Hacı Allahşükür Paşazadə deyib.
O bildirib ki, görüşə ermənilərin katolikosu II Qareginin dəvət olunması məsələsinə baxılacaq:
“O, elə üz qoymayıb ki, onu Bakıya dəvət edim. Vaxtilə onu Azərbaycana dəvət etmişəm, o da bura gələrək dini konfransda iştirak edib. Bu gün erməni katolikosu başda olmaqla, erməni kilsəsi bütün dünyada revanşizmi təbliğ edir.