Rusiya və Ukrayna kibercinayətkarlığa görə dünya reytinqində liderdirlər
Rusiya və Ukrayna kibercinayətkarlığa görə dünya reytinqində liderdirlər.
“Report” xəbər verir ki, bu barədə Oksford universitetinin araşdırmasının nəticəsində məlum olub.
Bildirilib ki, Rusiyanı bu siyahıda ilk yerdədir. Rusiyadan sonra siyahıda Ukrayna, Çin, ABŞ və Nigeriya gəlir.
Məlumata görə, alimlər üç ildir ki, kibercinayətlərin daha çox haradan qaynaqlandığını öyrənirlər. Onlar kibercinayətin beş vacib növünün əsas mənbəyinin hansı ölkələrin olduğunu öyrənmək üçün dünyanın müxtəlif ölkələrindən 92 ekspert arasında sorğu keçiriblər.
Adıçəkilən ölkələrdən başqa, ilk onluğa Rumıniya, Şimali Koreya, Böyük Britaniya, Braziliya və Hindistan da daxil olub.