Rusiyaya işləmək üçün gedən azərbaycanlıların nəzərinə: Barmaq izi olmasa…
Rusiya ərazisinə yollanan miqrantlar və əcnəbilər ancaq barmaq izləri ilə SİM-kart ala biləcəklər.
“Vedomosti”nin öz mənbələrinə istinadla verdiyi məlumata görə, müvafiq tələblər Rəqəmsal İnkişaf Nazirliyi tərəfindən hazırlanıb.
Bildirilir ki, miqrantlar və əcnəbilər Rusiya telekommunikasiya operatorlarından SİM-kartları yalnız Dövlət Xidmətləri portalında biometrikadan istifadə etməklə qeydiyyatdan keçdikdə və rabitə mağazalarında şəxsi səfər zamanı əldə edə biləcəklər.
Sənəd Daxili İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti, “Roskomnadzor”, Xarici İşlər Nazirliyi, Federal Antiinhisar Xidməti və İqtisadi İnkişaf Nazirliyinə göndərilib.