Xankəndidə erməni oliqarxların zavodu: Zirzəmidən görün nələr tapıldı – VİDEO
Xankəndidə erməni oliqarxların konyak zavodunun görüntüləri yayılıb.
Tacxeber.com xəbər verir ki, bununla bağlı kadrlar AzTV-nin efirində, Vüsal Mətləbin təqdimatında yayımlanan “Sözümüz imzamızdır!” adlı proqramda nümayiş etdirilib.
Bildirilib ki, konyak zavodunun səhmdarlarından biri də separatçıların hazırda həbsdə olan lideri Arayik Arutyunyan imiş. Ermənilər Azərbaycanın təbii nemətlərindən istifadə edərək müxtəlif məhsullar, o cümlədən konyak istehsal edərək onu dünyaya öz brendləri kimi təqdim ediblər.