• 21 Sentyabr 2024 15:07

“ABŞ müdaxilə edərsə, hücuma məruz qalacaq” – İrandan XƏBƏRDARLIQ

“ABŞ İsrail və İran arasındakı münaqişəyə müdaxilə edərsə, regiondakı Amerika qüvvələrinə hücum ediləcək”.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Axios” portalı bir neçə amerikalı mənbəyə istinadən məlumat yayıb.

 

Qeyd olunub ki, İran bu həftənin əvvəlində bir neçə ərəb ölkəsi vasitəsilə prezident Co Bayden administrasiyasına mesaj çatdırıb.

 

Mesajda İsrail və İran arasında döyüşlərə müdaxilə etdiyi təqdirdə, ABŞ-nin bölgədəki qüvvələrinin hücuma məruz qalacağı bildirilir.

Tacxeber.com

Oxşar xəbərlər