Gələcək müharibələrin taleyini “arı sürüləri” həll edəcək: Kabus, yoxsa elmin təntənəsi?
Bundan sonra müasir müharibələrin taleyini zirehli tanklar, uzaqvuran raketlər deyil, arı sürüsünü xatırladan “dron sürüləri” həll edəcək.
Tacxeber.com xəbər verir ki, söhbət eyni anda havaya qalxan, sayı on və ya yüz deyil, minlərlə hesablanan drondan, onların birgə fəaliyyətindən gedir. Hansı ki, süni intellektlə təchiz edilən bütün bu dronları idarə etmək üçün cəmi bir operator kifayət edəcək.
Hərbi ekspertlər hesab edir ki, hazırda ABŞ və Çin bu istiqamətdə ciddi elmi tədqiqatlar aparmaqda, bu tədqiqatların nəticəsi kimi böyük uğurlar əldə etməkdədir. Belə ki, hər iki dövlətin yaxın gələcəkdə hərbi əməliyyatlarda “dron sürüləri”ni uğurla tətbiq edəcəyi ehtimal olunur. Mütəxəssislər hesab edir ki, minlərlə dronun vahid element halında fəaliyyəti bu hücumu ona məruz qalan ən qüdrətli ordular üçün belə “qarşısıalınmaz və ölümcül” edəcək.