Hicaba görə işdən qovuldu: Ombudsman təzminat tələb etdi
İsveçdə çalışdığı hava yolu şirkətindən hicabına görə qovulan qadına “ayrı-seçkiliyə məruz qaldığı” əsası ilə 14 min dollar təzminat ödəniləcək.
Tacxeber.com xəbər verir ki, İsveç Ayrı-seçkilik Ombudsmanı Lars Arrhenius bu barədə yazılı açıqlama verib: “Dini simvollara icazə verməyən və vahid geyim siyasəti həyata keçirən bir hava yolu şirkəti, iş müraciətini qəbul etməsinə baxmayaraq, hicablı qadını işdən çıxararaq ayrı-seçkiliyə səbəb oldu”.
Arrhenius qadının məruz qaldığı ayrı-seçkiliyə və pozuntuya görə haqlı olduğunu ifadə edib. O, oxşar hadisələrin qarşısını almaq üçün şirkətin qadına təxminən 14 min dollar təzminat ödəməsinə qərar verildiyini bildirib.