İran-İsrail gərginliyi “Bitcoin”in qiymətini kəskin aşağı saldı
Yaxın Şərqdə artan gərginlik kriptovalyuta bazarlarına mənfi təsir göstərib.
İranın pilotsuz uçuş aparatları və raketlərlə İsrailə hava hücumu təşkil etməsindən sonra “Bitcoin” kriptovalyutasının qiyməti kəskin ucuzlaşıb.
Coinmarketcap analiz şirkətinin məlumatına görə, “Bitcoin”in qiyməti son 24 saatda 5 faizdən çox ucuzlaşaraq 63 min 306 dollar səviyyəsinə düşüb.