İran İsrailə hücum etdi – SON DƏQİQƏ
İran İsrailə doğru onlarla kamikadze tipli pilotsuz uçuş aparat ilə hücum edib.
Tacxeber.com xəbər verir ki, bu barədə “Axios” nəşrinin siyasi müxbiri Barak Ravid dörd Amerika və İsrail mənbəsinə istinadən “X” sosial şəbəkəsində yazıb.
Eyni məlumatı İsrailin KAN radiosu da yayıb. Bundan bir qədər əvvəl İsrail Hərbi Hava Qüvvələrinin müdafiə və hücum sistemləri həyəcan vəziyyətinə gətirilib. Əməliyyat ABŞ-la razılaşdırılaraq həyata keçirilir.
İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, İsrail İrana birbaşa hücuma hazırdır. İordaniya hakimiyyəti saat 23:00-dan hava məkanını müvəqqəti olaraq bağlayıb.
“İsrail Hərbi Hava Qüvvələrinin müdafiə və hücum sistemləri hazır vəziyyətdədir və səmada onlarla hazırlanmış təyyarə var. Biz strateji tərəfdaşlarımızla, ilk növbədə ABŞ-la vəziyyəti qiymətləndiririk və onlarla sıx koordinasiyanı davam etdiririk”, – deyə İsrail ordusunun sözçüsü Daniel Hagari brifinqdə bildirib . O, həmçinin bildirib ki, bu həftə İsrail ordusu vəziyyəti qiymətləndirib və İrandan hücuma hazırlıq planlarını təsdiqləyib.