İranın hücumundan sonra İsraildən qaçdığı deyilən Qalkin danışdı
İranın İsrailə hücumunun ardından Rusiyanın Xalq artisti Alla Puqaçova və həyat yoldaşı, şoumen Maksim Qalkinin övladları ilə birgə ölkəni tərk etdiyi iddia olunub.
Axşam.az xəbər verir ki, şoumen şayiələrin fonunda sosial media hesabılnda paylaşım edərək bunu şayiə adlandırıb. O, hazırda İsraildə olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Rusiyada teleqram kanallarından biri Maksimin İsrailə uğurlar arzuladığını, lakin özünün orada olmadığını yazıblar.
“Sakit ol, mən İsraildəyəm. Və İsrailin hava hücumundan müdafiəsinə uğurlar arzulayıram. İsraildə olmasaydım belə, yenə də bunu istəyərdim” deyə, Maksim bildirib.
Xatırladaq ki, aprelin 13-ü axşam saatlarında İran İsrailə doğru onlarla pilotsuz təyyarə və raket atıb.