• 24 Noyabr 2024 12:12

“İsrailə yardım edərsə, ABŞ hərbi obyektləri hədəfə alınacaq” – İran rəsmisindən XƏBƏRDARLIQ

“Vaşinqton İsrailə cavab zərbəsi endirməyə kömək edərsə, ABŞ hərbi obyektləri hədəfə alınacaq”.

 

Tacxeber.com “TASS”a istinadən xəbər verir ki, bu barədə İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani xəbərdarlıq edib.

 

“İran İslam Respublikası tələb olunduqda özünümüdafiə kimi ayrılmaz hüququndan istifadə etməkdən çəkinməyəcək. Əgər İsrail rejimi yenidən hər hansı hərbi təcavüz edərsə, İranın cavabı, şübhəsiz ki, daha güclü və qətiyyətli olacaq”, – deyə İrəvani bildirib.

 

Onun sözlərinə görə, bazar günü gecə İsrailə endirilən zərbələr İranın Dəməşqdəki konsulluğuna hücuma cavab olaraq həyata keçirilib.

Tacxeber.com

Oxşar xəbərlər