• 21 Sentyabr 2024 18:31

İsrail qırıcıları “Hizbullah” bazasını vurdu – Video

İsrail qırıcıları Livanın cənubunda “Hizbullah” hərəkatının bəzi hərbi obyektlərinə zərbələr endirib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, bir müddət əvvəl İsrail Müdafiə Qüvvələrinin qırıcı təyyarələri Livanın cənubundakı Cbaa şəhəri ərazisində “Radvan” təxribat bölməsi qüvvələrinin bir sıra hərbi hədəflərinə hücum edib.

 

“Hizbullah” isə buna qədər Qolan təpələrində İsrail ordusunun üç bazasına onlarla “Katyuşa” raketinin atılmasına görə məsuliyyəti öz üzərinə götürüb.

Tacxeber.com

Oxşar xəbərlər