AFFA çempionatın oyunu ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib
Azərbaycan 1-ci Liqasında 20-ci turunda aprelin 4-ü keçirilən “İrəvan” – “Araz Saatlı” oyununun (1:4) nəticəsi ilə bağlı müəyyən şübhələr yaranıb. Sözügedən görüşün danışılmış matç olması ilə bağlı iddialar səsləndirilir.
Məsələ ilə əlaqədar AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev açıqlama verib. O, “CBC Sport”a bildirib ki, AFFA olaraq danışılmış oyunlarla bağlı məsələləri daim diqqətdə saxlayırlar:
“Sözügedən məsələlərdə bağlı hər hansısa bir siqnal və ya məlumat AFFA-ya daxil olduğu təqdirdə, dərhal müəyyən olunmuş addımlar atılır, aidiyyatı üzrə müəyyən qurumlara məlumat ötürülür, məsələrə araşdırılır. Sözügedən oyunla bağlı da onu qeyd edə bilərəm ki, bu matçın ictimaiyyətdə söz-söhbət yaratdığını nəzərə alaraq bizim tərəfimizdən də məsələ nəzarətə götürüldü. Tərəfimizdən UEFA-ya məlumat ötürüldü. Ola bilsin, onların tərəfindən bu oyunla bağlı hər hansısa bir əlavə məlumat AFFA-ya verilsin. Həmçinin öncədən qeyd etdiyim kimi müəyyən addımlar mövcuddur, hansılar ki, atılıb”.