Kiyevin işi ÇƏTİNLƏŞİR: Savaşın nəticəsi necə olacaq? – “Yay aylarında..”
Ukrayna savaşında situasiya Kiyevin əleyhinə dəyişir.
Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Rusiyanın hücumları, taktiki uğurlar əldə etməsi Ukrayna ordusunda ruh düşkünlüyü və geri çəkilmə ilə nəticələnir:
“ABŞ-də prezident seçkiləri öncəsi Konqresin Ukraynaya yardımları təsdiq etməməsi, Avropanın vahid mövqeyinin olmaması Putini kifayət qədər cəsarətləndirib. Rusiya Prezidenti təkcə Ukrayna ilə deyil, Polşa və Baltikyanı ölkərini, Mərkəzi Asiyanı cəzalandırmağı planlaşdırır. Təbii ki, Avropanın cəsarətsizliyi, ABŞ-nin vecsizliyi Ukraynanın bir dövlət kimi mövcudluğunu sual altında qoyub”.