“Putinlə görüşsəm, onu vuracam” – Məşhur amerikalı aktyordan AÇIQLAMA
Məşhur amerikalı aktyor və kinorejissor Şon Penn şəxsi görüşləri olacağı təqdirdə Rusiyanın dövlət başçısı Vladimir Putini vuracağını bildirib.
Tacxeber.com xarici mediaya istinadən xəbər verir ki, bu etirafı Şon Penn Almaniyanın “Bild” telekanalında “Supergüc” sənədli filmini təqdim edərkən deyib.
Filmdə Şon Penn və amerikalı aktyor Cek Nikolsonun Putinlə şəxsi görüşü təsvir edilib. Onların görüşü 2001-ci ildə Moskvada olub.
Jurnalistlərdən birinin “Rusiya prezidenti ilə yenidən görüşəcəyi təqdirdə nə edərdi?” sualına kinorejissorun cavabı qısa olub: “Vurardım”.
O, dünya ictimaiyyətini Ukraynanı daha çox müdafiə etməyə çağırıb və ABŞ hökumətini tənqid edib.