• 22 Noyabr 2024 12:48

1938-ci ildə Yaponiyadan SSRİ-yə qaçan Rökiti Suqimoto (kişi) və Yosiko Okada

Yapon teatr rejissoru Rökiti Suqimoto Kommunist partiyasının üzvü idi. 1930-cu illərin əvvəllərində getdikcə militaristləşən və incəsənətə basqı edən Yaponiyada yaşamaq istəmir. O, SSRİ-yə qaçmaq arzusunda idi. Stalinin böyük pərəstişkarı olan rejissor SSRİ-də onu yaradıcılıq azadlığının gözlədiyinə inanırdı (belə sadəlövh adamlar varmış).

 

İlk dəfə 1932-ci ildə qaçmağa cəhd göstərdi, amma polis tərəfindən saxlanıldı. Bir qədər həbsdə qalandan sonra şərti azadlığa buraxıldı.

1936-cı ildə Nikolay Ostrovskinin “Polad necə bərkidi” əsərini böyük həvəslə yapon dilinə tərcümə etdi.

 

Elə həmin il yapon teatrının və kinosunun ulduzu Yosiko Okada ilə tanış olur. İkisinin də evli olmasına baxmayaraq aralarında sevgi münasibətləri yaranır. Okada da kommunistlərə rəğbətlə yanaşır və sevgilisinin SSRİ-yə qaçmaq istəyinə şərik çıxır.

O dövrdə Saxalin adasının cənub hissəsi Yaponiyaya, şimalı isə SSRİ-yə məxsus idi. Bizim cütlük də Cənubi Saxalinə gəlib buradan SSRİ-yə keçmək qərarına gəldi.

 

Bu dəfəki cəhd uğurlu oldu. Onlar 1938-ci il yanvarın 3-də sovet sərhədini keçə bildilər. Sovet tərəfində onları böyük sevinclə qarşıladılar: hər ikisini casusluq ittihamı ilə həbs etdilər və hər ikisi döyüləndən sonra casus olmaları barədə ifadə verdilər.

Rökiti Suqimoto ölüm cəzasına məhkum edildi və 1939-cu ilin oktyabrında 32 yaşında güllələndi, Yosiko Okada isə 10 illə canını qurtardı.

Okada həbsdən çıxandan sonra da SSRİ-də yaşadı və SSRİ-nin ölümündən iki ay sonra, 1992-ci ilin fevralında 90 yaşında Moskvada vəfat etdi.

Mənbə; Tarixçi (t/k)

Tacxeber.com

Oxşar xəbərlər