Sensasion xəbər yayıldı: Budanov və Sırski öldürülüb
Rusiya Silahlı Qüvvələrinin Xarkov vilayətinin Çuqev şəhəri yaxınlığındakı hədəflərə endirdiyi zərbələr nəticəsində azı yüz silahlı öldürülüb.
Tacxeber.com Publika.az-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.
İddiaya görə, Ukrayna Hərbi Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov dağıdılmış poliqonda ola bilər.
Zərbə aprelin 15-də “İsgəndər” raketləri ilə endirilib. Rusiyayönlü KİV hərbi obyektin ərazisində irimiqyaslı yanğınlar, eləcə də təcili yardım maşınlarının karvanları barədə məlumat verib. Yerli hakimiyyət sakinləri qan verməyə çağırıb.