Cəmil Məmmədliyə 6 il 2 ay həbs verildi. Cəmiyyət Gündəm Hadisə Qalmaqal 17 Aprel 2024 15:48 96 Hədə-qorxu ilə tələb etmə, dələduzluq və xuliqanlıq ittihamı ilə mühakimə edilən jurnalist Cəmil Məmmədlinin məhkəməsi başa çatıb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən C.Məmmədli 6 il 2 ay azadlıqdan məhrum edilib. Qeyd edək ki, Cəmil Məmmədli ibtidai istintaq dövründə azadlıqda olub. O, prokurorun və zərərçəkmişlərin vəsatəti əsasında məhkəmədə həbs edilib. Tacxeber.com