Fransada Putinin keçmiş həyat yoldaşının villasına həbs qoyuldu
Fransa məhkəməsi Rusiya prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila Oçeretnayanın villasına həbs qoyub.
Tacxeber.com Fransanın “Challenges” nəşrinə istinadən xəbər verir ki, söhbət ölkənin cənub-qərbindəki Anqlet şəhərində yerləşən “Suzanna” villasından gedir. Məhkəmə qərarı 2023-cü il dekabrın 6-da verilib, lakin jurnalistlər bundan indi xəbər tutublar.