Budanov: “Rusiyalılar Ukraynanı işğal etməyi, biz isə Moskvada qələbə paradı xəyal edirik”
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (MN BKİ) rəisi general-leytenant Kirilo Budanov Ukraynadakı müharibənin necə bitəcəyinə dair proqnozlara ehtiyatla yanaşıb.
Tacxeber.com xəbər verir ki, bu barədə hərbi kəşfiyyat rəhbəri “The Washington Post”a müsahibəsində danışıb.
Budanov Rusiyanın mümkün parçalanmasına “etiraz etməyəcəyini” bildirib.
“Rusiyalılar bütün Ukraynanı işğal etməyi, biz isə qələbə paradını… Moskvada keçirməyi xəyal edirik. Başqa sözlərlə, istənilən nəticə az ehtimal olunur”, – hərbi kəşfiyyat rəisi vurğulayıb.
Onun sözlərinə görə, müharibə, Rusiyadakı iqtidar dəyişmədikcə, davam edəcək. Nəşrin jurnalisti həmçinin “danışıqlar yolu ilə Koreya həlli” haqqında soruşub. Budanov isə cavabında dəqiqləşdirib: “Ukraynanın Şimali Koreya olmasını istəyirəmmi deyə soruşursunuz?”.