• 22 Noyabr 2024 13:03

İbrahim Tatlisəs oğlunu HƏDƏLƏDİ: “Mülkləri əlindən geri alacam”

Məşhur türkiyəli sənətçi İbrahim Tatlısəsin oğlu Əhməd Tatlısəs və nəvəsi Mərt Tatlısəslə yaşadığı qalmaqal bir müddətdir gündəm olub.

 

Referans.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, oğlunun ifadəsindən sonra susqunluğunu pozan İbrahim Tatlısəs “Əhməd adam deyil, gününü görəcək!”,- deyə açıqlama verib.

 

Qeyd edək ki, İbrahim Tatlısəs nəvəsi Mərt Tatlısəsi məhkəməyə verib, məhkəmə qərarı ilə nəvəsini evdən çıxarıb. İbrahim Tatlısəs oğlu Əhmədə də “Uşağım kirayədə qaldığı halda, onun uşağına ev verə bilmərəm. O, ata olmağı öyrənsin”,- deyib.

 

Bunun üzərinə açıqlama verən Əhməd atası İbrahim Tatlısəsə “ İllərdir Mərtə atalıq edərkən, sənə də övladlıq etdim. Atalığın necə olduğunu çox yaxşı bilirəm. Bu mövzuda məni ən son mühakimə edən insansınız. Sizi örnək alsaydım, vay övladlarımın halına…Siz atalığınızla təkcə mənə deyil, digər övladlarınıza da travmalar yaşatdınız.

 

Oğlunun bu sözlərindən sonra susqunluğunu pozan 72 yaşlı İbrahim Tatlısəs TV8-də yayımlanan “Aramızda” proqramına danışıb.

 

Oğlum “Onun zehni qabiliyyətləri yerində deyil”,- deyərək mənə böhtan atdı. Sağlamlığım üçün 5 xəstəxanaya getdim. Onların hamısı mənə“ruhi sağlamlıq” hesabatı verdi. Bu azmış kimi Məhkəmə Tibb İnstitutundan da hesabat almışam. Mənə “Əqli cəhətdən sağlam deyilsə, necə 1500 mahnınü əzbər oxuya bilər?”,-deyildi.

 

“İndi yeni bir ərazidə evlər tikirəm, o mənzilləri də övladlarıma verəcəm. Amma, Əhməd adam deyil. Qardaşlarının əmlakına göz dikib. Bundan sonra atalığın nə olduğunu görəcək! Bodrumda ona verdiyim 4 evi geri alacam. Övladlıqdan rədd etməyəcəm, amma, mirasdan mərhum edəcəm. Ona verdiyim 7 dükanı batırdı, başqalarına verdi. Mən indiyədək övladlarıma, nəvələrimə baxdım. Hamısına evlər, maşınlar aldım”

Tacxeber.com

Oxşar xəbərlər