Rəcəb Babaşov birinci qrup gözdən əlilə zülüm edir – Bu Allahsızlıqdır, görün bizi nə günə qoyublar (VİDEO)
“Azərbaycan Reallığı”na video-müraciət göndərən Salmanov Anar bildirir ki, birinci qrup gözdən əlildir.
“Əvvəl Qazax rayonda Bakı küçəsi adlanan ərazidə yaşayırdıq, bir neçə gündür rayonun icra başçısı Rəcəb Babaşovun göstərişi ilə bizi oradan çıxardılar.
Qazaxda bizi köhnə xəstəxanalardan birinə köçürüblər. Videoda gördüyünüz kimi kiçik bir otaqdı, insan yaşayası yer deyil, işıq, qaz, su yoxdur, şəraitimiz dözülməz həddədir. Həyat yoldaşımda xəstədir, sosial vəziyyətimiz yaxşı deyil.