• 22 Noyabr 2024 07:35

Uinston Çörçillin erməni fotoqraf tərəfindən çəkilən “Nərildəyən aslan” şəkli

Yaponların Perl-Harbora hücumundan və ABŞ-ın İkinci dünya müharibəsinə qoşulmasından az sonra Böyük Britaniyanın baş naziri Uinston Çörçill əvvəlcə Ştatlara, oradan da Kanadaya səfər etdi. 

 

O, dekabrın 30-da Kanada parlamentində çıxış etməli idi. Çıxışdan əvvəl isə kanadalılar fotoşəklinin çəkilməsini istədilər və paramentdəki otaqlardan birinə dəvət etdilər. Həmin otaqda baş naziri əslən Türkiyə ermənisi olan fotoqraf Yusuf Karş gözləyirdi.

Çox vaxt itirmək istəməyən Çörçill fotoqrafa “Bir kadr üçün iki dəqiqəniz var” söylədi və adəti üzrə siqarını yandıraraq ağzına qoydu. Yusuf Karş gördüyü mənzərədən məmnun deyildi: çəkəcəyi şəkil Çörçillin başqa şəkillərindən heç nə ilə fərqlənməyəcəkdi.

 

Belə olduqda o, riskli bir addım atdı. Çörçillə yaxınlaşaraq qəfildən siqarı ağzından çıxardı və tez qayıdaraq şəkli çəkdi. Bu zaman qonaq sifətindəki qaşqabağı yığışdırmağa macal tapmamışdı. Nəticədə Çörçillin siqarla olmadığı nadir şəkillərindən biri çəkildi. Üstəlik, baş nazir olduqca zəhmli görünürdü ki, bu da müharibə dövrü üçün olduqca uğurlu idi.

İddialara görə, Çörçill gözlənilməz hadisədən sonra toparlanaraq fotoqrafa “siz hətta nərildəyən aslanı da sakit saxlayıb şəklini çəkə bilərsiniz” söyləyib və bundan sonra bu şəkil “nərildəyən aslan” adını alıb.

 

Uinston Çörçillin bu ən populyar şəkil Britaniyanın 5 funtluq əskinasında, Kanadada 2019-cu ildə buraxılan gümüş 100 dollarlıq sikkədə əks olunub.

 

Mənbə: Tarixçi (teleqram kanalı)

Tacxeber.com

Oxşar xəbərlər