• 24 Noyabr 2024 07:46

Yaddaş problemləri yaşayanların nəzərinə! – Bu ədviyyatlar…

Yaşlandıqca yaddaşınızın əvvəlki kimi iti olmadığını hiss etmək normaldır. Bunun ekstremal halları demansın əlaməti olsa da, adi qocalmadan və ya stressdən də qaynaqlana bilər.
Yaddaş problemlərini həll etmək üçün asan yollar var. 2022-ci ildə aparılan elmi araşdırma göstərdi ki, idrak sürətimiz 60 yaşa qədər kifayət qədər yüksək olaraq qalır.

 

Medicina.az xəbər verir ki, mütəxəssislərin fikrincə, bəzi ədviyyatlar həm yaddaşı, həm də beyin sağlamlığını yaxşılaşdırmağa və insanı gənc saxlamağa qadirdir.
Qida mütəxəssisi Mett Vebster həmin dörd ədviyyatın adını açıqlayıb.

 

Zəncəfil
Mütəxəssisin sözlərinə görə, zəncəfil təkcə həzm sistemini yaxşılaşdırmağa kömək etmir, həm də beyin sağlamlığı üçün mühüm ədviyyatdır:
“Zəncəfilin tərkibində yüzlərlə fitokimyəvi maddələr var ki, bunların hamısı oksidləşdirici stressdən qoruyur. Oksidləşdirici stress yaşlanma prosesini sürətləndirə bilər və Alzheimer xəstəliyinin əsas faktoru olduğu düşünülür”.

Sarıkök
“Onun əsas tərkib hissəsi olan kurkumin, beynin kəskinliyini qorumağa kömək edən neyroprotektiv xüsusiyyətlərə malikdir. Bu ədviyyat yaddaş funksiyasını artırmağa, “beyin dumanı”nı azaltmağa və idrakı yaxşılaşdırmağa kömək edir. Kurkuminin Alzheimer xəstələrində azalan böyümə hormonu BDNF-nin səviyyəsini artırdığı aşkar edilib”, – deyə M.Vebster qeyd edib.

Darçın
M.Vebster bu ədviyyatın beyində Alzheimer və Parkinson xəstəliyi ilə əlaqəli zülalların yığılmasının qarşısını alan antioksidanlarla dolu olduğunu söyləyib:
“Darçın təkcə öyrənmə və yeni xatirələr yaratma prosesini təşviq etmir, neyronların meydana gəlməsinə və yeni əlaqələr qurmasına da kömək edir. Eyni zamanda, beyni stressin mənfi təsirlərindən qoruyan antioksidantlarla zəngindir”.

Onun sözlərinə görə, darçını qəhvəyə, yulaf sıyığına və ya desertlərə əlavə etmək olar.

Qara istiot
Dünyada ən çox istifadə edilən ədviyyatlardan biri olan qara istiot beyin sağlamlığı üçün vacibdir.

“Qara istiotun əsas dərman birləşməsi piperindir və tərkibində yüksək miqdarda antioksidant var. Bu antioksidantlar sağlam beyin hüceyrələrinin zədələnməsinin qarşısını alır. Qara istiot, həmçinin beyinə gedən kimyəvi yolları stimullaşdıraraq idrak funksiyasını və yaddaşı yaxşılaşdırır”, – deyə mütəxəssis vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər