İran-İsrail gərginliyi: Bitcoin 60 min dollardan aşağı düşdü
Həftə sonu İranın İsrailə PUA və raket hücumundan sonra İsrailin bu hücuma necə reaksiya verəcəyi izlənirdi. İsrailin İrana hücum etməsi xəbərindən sonra bitkoin kəskin dalğalandı. Kriptovalyuta Bitcoin İsrail ordusunun İrana hücum etməsi xəbərindən sonra 60 min dolların altına düşüb.
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İsrailin İrana qarşı təşkil etdiyi düşünülən hücum nəticəsində İranın əsas obyektlərinə heç bir ziyanın olmadığını təsdiqləyib. Kripto aktivləri hücumdan sonra kəskin dəyərini itirdi. İran-İsrail gərginliyi zamanı təhlükəsiz limana tələbat artıb.
Coinmarketcap analiz şirkətinin məlumatına görə, hücum xəbərindən sonra ABŞ dollarının bahalaşması ilə ən böyük kriptovalyuta olan Bitcoin-in qiyməti Asiya ticarətində 5,6 faiz azalaraq 59 961 dollara çatıb.