• 23 Noyabr 2024 20:19

“Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik” – Netanyahu

“Mən dostlarımıza maddi və mənəvi dəstəyə görə minnətdaram, İsrail özünü müdafiə etmək üçün hər şeyi edəcək…”

 

İsrail hökumətinin bugünkü iclasında baş nazir Binyamin Netanyahu məlumat verib ki, son günlər digər ölkələrin siyasətçiləri tərəfindən İsrailin İranın raket zərbəsindən sonra “vəziyyəti gərginləşdirməmək üçün” ona təzyiqlər edilir.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “golosameriki.com” nəşri məlumat yayıb.

 

Baş nazir bəyan edib ki, onun ölkəsi bu yaxınlarda İranın miqyaslı hava hücumuna cavab verib-verməyəcəyi, cavab verəcəyi təqdirdə bunun necə olacağı barədə qərarı özü verəcək.

 

Beləliklə, İsrail yaxın müttəfiqlərinin təmkinliyə edilən çağırışlarından boyun qaçırıb.

 

İsrail İranın misli görünməyən hücumuna cavab verəcəyini vəd edib, bu zaman cavabın müddətlətəri və xarakterini dəqiqləşdirməyib.

 

Nəticədə Qəzza bölgəsində bir-neçə ay davam edən qeyri-sabitlikdən sonra bu region eskalasiya gözləntilərindədir.

 

İsrailin müttəfiqləri eskalasiyanın artmasına gətirib çıxara biləcək istənilən cavab tədbirlərindən çəkinməyə çağırış edir.

 

Belə çağırışlar Böyük Britaniya və Almaniya XİN rəhbərlərinin İsrailə səfərləri zamanı yenidən səsləndirilib.

 

“Mənim indicə Böyük Britaniya və Almaniya xarici işlər nazirləri ilə görüşlərim olub, dünən Britaniya baş naziri Rişi Sunakla söhbətimiz olub, bir çox görüşlər hələ qarşıdadır”, – baş nazir deyib.

 

“Mən İsrailə həm maddi, həm də mənəvi dəstək verən dostlarımıza minnətdaram. Onların, əlbəttə ki, müxtəlif tövsiyə və məsləhətləri var. Mən bunu dəyərləndirirəm, lakin aydınlıq gətirmək istəyirəm. Biz öz qərarlarımızı özümüz qəbul edəcəyik. İsrail özünü müdafiə etmək üçün hər şeyi edəcək”, – o, deyib.

 

Bundan öncə xəbər verilib ki, hökumət Qəzza bölgəsini İsrailin digər ərazisindən ayıran hasarın perimetri boyunca yaşayış məntəqələrinin bərpasına 19 milyard şekel (5 milyard dollar-red.) məbləğində büdcəni təsdiq edib.

 

Bu vəsaitlər mənzil, təhsil, infrastruktur, məşğulluq, tibbi xidmət və digər həyatı əhəmiyyətli ehtiyaclara sərf ediləcək.

Tacxeber.com

Oxşar xəbərlər