• 22 Noyabr 2024 07:18

San Fransisko şəhərində 7,8-7,9 ballıq zəlzələ.

18 aprel 1906-cı il. Səhər saat 05.12-də baş verən 7,8-7,9 ballıq zəlzələ və sonrakı yanğınlar nəticəsində San Fransisko şəhərində 3 min adam ölür, binaların 80 faizi dağılır. 410 min əhalisi olan şəhərdə 250-300 min adam evsiz qalır.

 

Əvvəlcə yüngül silkələnmə oldu, 20-25 saniyə sonra əsas təkan baş verdi və 42 saniyə davam etdi. Sonrakı bir dəqiqə ərzində isə bir neçə təkrar təkanlar oldu.

Amma əsas zərər dörd gün davam edən yanğınlar üzündən dəydi. Deyilənlərə görə, ev və binaların çoxu yanğından sığorta olunmuşdu. Zəlzələdən dəyən zərərə görə isə heç nə ödənilməyəcəkdi. Belə olduqda, sahibləri onları qəsdən yandırmağa başladılar. Bununla yanaşı, qaz kəməri üzündən baş verən yanğınlar da vardı.

 

500-ə yaxın adamın fürsətdən istifadə edib oğurluq və talan etmək istərkən güllələndiyi bildirilir.

Sanfransiskoluların daşınmaz əmlakını sığortalayan 137 şirkət o dövr üçün nəhəng 250 milyon dollar məbləğində iddia ilə üzləşdilər. 20 şirkət müflis oldu, digərləri iddiaları təmin etdilər.

 

Mənbə: Tarixçi (teleqram kanalı)

Tacxeber.com

Oxşar xəbərlər