Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş Elçin Kərimbəylinin Şəhid olan günü qeyd edilib – FOTO
20 aprel 2024-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə şəhid Elçin Kərimbəylinin şəhid olan günü ilə şəhidin məzarı ziyarət edilib, gül əklikləri qoyulub.
Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Bahəddin Hüseynov, Rayon İcra Hakimiyyətinin başçisi Elgin Həbibullayev,Bələdiyyə sədri Təmraz Tağiyev və digər icra hakimiyətinin əməkdaşlari iştirak etmişdir. Vətən Müharibəsi və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Tahir İbrahimov, şəhid Elçin Kərimbəylinin atası Əli Kərimbəyli, qardaşı Samir Kərimbəyli.
Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş Elçin Kərimbəyli 04 avqust 1992-ci ildə Bakı şəhərində anadan olmuşdur.
O, 1998-2007- ci illərdə Nərimanov rayonunda yerləşən “Tərəqqi” Texnki Humanitar Liseyində, 2007-2010-cu illərdə isə Nərimanov rayonunda yerləşən 3 nömrəli Bakı Peşə Liseyinidə təhsil almışdır.
1 oktyabr 2010-cu il tarixində Nərimanov rayon Hərbi Komissarlığı (indiki Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsi) tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. O, hərbi xidmət zamanı bir çox döyüş tapşırıqlarını yerinə yetirmiş, hər zaman əsgər yoldaşları arasında fərqlənmişdir. Xidmətində fərqləndiyinə görə baş atıcı vəzifəsinə keçirilərək, evlərinə təşəkkür məktubu göndərilmişdir.
20 aprel 2011-ci il Elçin Kərimbəyli döyüş postunda növbəti döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur.
Şəhid ailələrinin, qazilərin və hərbi xidmətdən tərxis olunanların hər birinin qayğıları həmişə Nərimanov Rayon İcra Hakimiyyətinin nəzər və diqqətindədir. Qeyd edək ki, şəhid ailələrinə İcra Hakimiyyəti tərəfindən mütəmadi baş çəkilir.