DİQQƏT! Ciddi istilər yaxınlaşır – AÇIQLAMA
Orta qlobal temperatur yazın sonuna qədər çox yüksək qalacaq.
Bu proqnozu Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand alimlərin fikirlərinə istinadən səsləndirib.
Onun fikrincə, “El Nino” iqlim fenomeni bitdikdən sonra da ətalət öz təsirini göstərəcək.
Belə hava şəraiti bu aylar üçün uyğundurmu? Yaz aylarında ciddi şəkildə istilərin olması hansı fəsadları ola bilər?
AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev Referans.az-a açıqlamasında bu sualları cavablandırıb.
“Hələ ki, ölkə ərazisində ciddi istilər müşahidə olunmur. Hazırda yaz aylarıan xas hava şəraiti hökm sürür. Günorta saatlarında müşahidə olunan isti, mülayim hava axşama doğru soyuqlaşır. Yaxın günlərdə də maksimum istilik 20-22 dərəcə gözlənilir. Bu istilik də nə təsərrüfata, nə də digər amillərə ciddi təsirini göstərə bilməz. Çünki yer, torpaq hələ ki qızmayıb, torpağın alt qatına istilik keçməyib. Torpaq qızmayanda havalar gecə sərin, gündüz isə isti formasında keçir. Bu da qorxulu deyil, fəsadı ola bilməz. Təsərrüfata gəldikdə isə, növbəti bir həftə on gün ərzində hələ ki torpaqda nəmlik var. Əgər bu bir həftə on gün ərzində fasiləsiz olaraq 25-27 dərəcə isti olarsa, bu zaman birillik adlanan, yəni kök kütləsi üst qatda olan taxılkimilərə zərər dəyə bilər”.
Ənvər Əliyev bildirib ki, qarşıdan gələn istilərin təsərrüfat sistemi üçün də ciddi qorxusu olduğunu düşünmür.