“ABŞ-nin yardımı Ukraynanı viran qoyacaq” – Peskov
Kreml ABŞ Nümayəndələr Palatasının Kiyevə hərbi yardım haqqında qanun layihəsini təsdiqləməsinə reaksiya verərək bunun Ukraynanı daha da pis vəziyyətə salacağını bildirib.
Tacxeber.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov TASS-a söyləyib.
“Ukraynaya yardım göstərmək qərarı gözlənilən idi və bu, Amerika Birləşmiş Ştatlarını daha da zənginləşdirəcək və Ukraynanı daha da viran qoyacaq, Kiyev rejiminin günahı üzündən daha çox ukraynalının ölümünə səbəb olacaq”, – o deyib.