• 24 Noyabr 2024 01:07

Kardioloq ürək çatışmazlığından vəfat etdi

Bu gün Şirvan şəhərinin kardioloq-həkimi, 1959-cu il təvəllüdlü Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib.

 

Bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb.

 

Məsələ ilə bağlı Oxu.Az Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlayıb. Qurumun İctimaiyyətlə Əlaqələr və Kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin məlumat doğrudur:

 

“Həkim infarkt keçirib. O, təcili tibbi yardım vasitəsi ilə Şirvan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həyata keçirilən bütün tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. O, kifayət qədər savadlı və işinin peşəkarı olan həkim idi. Allah rəhmət eləsin”.

Tacxeber.com

 

 

Oxşar xəbərlər