Paytaxtın mərkəzində neft ərazisində qanunsuz tikili aparan kimlərdir? – VİDEO
Paytaxtın Səbayıl rayon Elçin Əzizov küçəsində neft ərazisində qanunsuz tikili aparılır. Bu barədə “Azərbaycan Reallığı”na göndərilən video şikayətdə bildirilir.
Vətəndaşın sözlərinə görə 1 mərtəbəli evin 2-ci mərtəbəsin qaldırıblar, tikinti isə gecə saatlarında aparılır, bu da yaxınlıqda yaşayan insanların istirahətinə ciddi şəkildə mane olur.
Ərazi neftin ərazisidir, 2-ci mərtəbəyə qoyduqları böyük pilləkənlər maşın yolunu bağlayıb. Bura neft ərazisi olduğu üçün daşı-daş üstə qoyulması mümkün deyil çünki icazə verilmir. Heç bir sənədi olmayan yerdə qanunsuz tikinti işləri aparılır.